Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq-Qarabağ rejiminin müstəqilliyini tanımır. Trend-in məlumatına görə, bu barədə Krallığın Facebook səhfəsində bildirilib. Bəyanatda bu ölkənin həm də fevralın 20-də keçirilən "referendum"u da tanımadığı da vurğulanıb:
“Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.