Binəqədi rayonunda iki nəfər qazdan zəhərlənib ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev, Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.