Ağsu dolaylarında hərəkət bərpa olundu

15:53 - 17 Fevral 2017 - Xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib. Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, səhər saatlarında "Azəravtoyol" ASC-nin “16 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və canlı qüvvəsi yolun 150-ci kilometrliyinə - Ağsu dolaylarına cəlb edilib, yol qar və buzdan təmizlənib.
Hazırda yolda avtomobillərin hərəkətində problem yoxdur.


Xəbər xətti