Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tender keçirir

11:00 - 15 Fevral 2017 - ÖLKƏ İÇİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyindəki “Aztelekom” MMC-nin tələbatına əsasən informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinin və xidmətlərinin satın alınması üzrə açıq tender elan edib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender 2 lot üzrə keçirilir. 1-ci lot hesablama avadanlığı və proqram təminatlarının satın alınması ilə bağlıdır ki, burada iştirak haqqı 1 500 manatdır. 2-ci lot isə server otağı üçün avadanlığın satın alınmasını nəzərdə tutur ki, burada da iştirak haqqı 500 manatdır.

İddiaçıların ilkin sənədləri martınm 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə martın 16-na qədər “Aztelekom”un inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına təqdim etməlidirlər.

Təkliflərə martın 17-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xəbər xətti