Mərkəzi Bank milli valyutamız barədə videoçarxlar hazırlayıb

15:43 - 14 Fevral 2017 - Cəmiyyət

 Mərkəzi Bankın (MB) həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutamızın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlayıb.  MB-dən ucnoqta.az-a verilən məlumata görə, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elemetləri də əks olunur. 

Ətraflı məlumatı http://bizimpullar.az/blocks/index?category=money ünvanından əldə edə bilərsiniz.

 

Xəbər xətti