Aeroport yaxınlığında 250 kq-lıq bomba zərərsizləşdirildi

11:21 - 14 Fevral 2017 - HADİSƏ

Almaniyanın Kelsterbax şəhərində aşkar olunmuş II Dünya müharibəsi illərinə aid 250 kiloqramlıq bomba istehkamçılar tərəfindən zərərsizləşdirilib. Şəhər Frankfurt beynəlxalq hava limanının ərazisi ilə sərhəddə yerləşir. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, əməliyyat zamanı mərmi ətrafında 400 metr radiusunda "təhlükəsiz zona" yaradılıb. Əməliyyat təqribən 1 saat çəkib və uğurla başa çatdırılıb. Bildirilir ki, bomba müharibə illərində Britaniya Hərbi Hava Qüvvələri tərəfindən atılıb. Ümumilikdə Almaniyaya 2 milyondan çox mərmi atılıb. Onların təqribən 20 faizi partlamayıb. 

Xəbər xətti