Tayvan adasında ekskursiya avtobusunun aşması nəticəsində 34 nəfər həyatını itirib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, insident Taybey şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı salonda 44 nəfər olub. Yerli polisin məlumatına görə, avtobusun sürücüsü, çox güman ki, sürət həddini aşıb.