Bu yollarda sürət həddi endirildi

17:23 - 13 Fevral 2017 - Xəbər

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq bəzi yollarda hərəkət sürəti aşağı endirilib. Bakı  Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

Xəbər xətti