Bakıda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, aeroport yolu keçən 1957-ci il təvəllüdlü Osmanov Rac Əbdulrəşidoviçi avtomobil vurub. Nəticədə R.Osmanov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.