Rusiyada ötən gün qəzaya uğramış helikopterin sərnişinlərinin adları məlum olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Pilotlar və Sahibkar Vətəndaşların Hava Gəmiləri üzrə İctimai Təşkilat Altay Respublikasının Teleçk gölündə qəzaya uğramış vertolyotun sərnişinlərinin adlarını dərc edib.
Məlumatda bildirilir ki, vertolyotun göyərtəsində pilot Dmitri Rakitski və onun həyat yoldaşı Yelena, regional administrasiya rəhbərinin keçmiş müavini Anatoli Bannıx, Moskvanın "Heli Club" Vertolyot Klubu baş direktoru Mariya Kozinçeva, həmçinin paraşüt idman növləri üzrə müxtəlif yarışların iştirakçısı Qleb Voevodin olub.
Qeyd edək ki, qəzaya uğramış vertolyotun və sərnişinlərin axtarışına bu gün səhər başlanılacaq. Bu məqsədlə 60-dək xilasedici səfərbər edilib.