ABŞ-da 2014-cü ilin avqustundan indiyədək 20 jurnalist həbs edilib. “Report” xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat yayıb. Qurum hazırda ABŞ-da mətbuat azadlığının təhlükə altında olduğunu iddia edir:
“ABŞ-da mətbuat azadlığı bizim düşündüyümüzdən daha da dəhşətlidir. Bir həftə öncə - fevralın 1-də Dakota Birləşdirici Boru Kəmirinə (Dakota Access Pipeline) qarşı keçirilən etirazları işıqlandıran jurnalist Cenni Monet (Jenni Monet) həbs edildi. O, zaminə buraxılsa da, müəyyən təzyiqlərlə üz-üzədir”.
RSF-nin açıqlamasında xatırladılıb ki, tanınmış amerikalı filmmeyker Deya Şlosberq (Deia Schlosberg) 45 il müddətinə həbs edilib: “Ami Qudmən isə (Amy Goodman) 2016-cı ilin sentyabrında Şimali Dakotadakı Morton əyalətindəki etirazları işıqlandırarkən həs edilib”.