Goranboyda yanğın olub

09:25 - 11 Fevral 2017 - HADİSƏ

Goranboy rayonu, Balakürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 78 m2 olan yardımçı tikilinin tavan hissəsi 30 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti