Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb. Ucnoqta.az-ın “Report”a istinadən xəbərinə görə, L.Hüseynov hazırda Strasburqda yaşayır. Onun aylıq maaşı 10 min avroya qədərdir.
Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.
L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.