Prezident və xanımı “Azərbaycan Dəmir Yolları”nın inzibati binasında yaradılan şəraitlə tanış olub- FOTOLAR

13:39 - 10 Fevral 2017 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) inzibati binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. APA-nın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib.
Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr də yaradılıb. Burada müasir yeməkxana da işçilərin ixtiyarına verilib.
Qeyd edilib ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, su anbarları inşa edilib. Bina mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub.

 
*** 10.59
 
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. APA-nın xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verib. Bildirilib ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.
 Foyedə Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Heydər Əliyevin büstü qoyulub.
 Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılıb. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir.
 Binada 280 nəfərlik akt zalı, aparat və işlər idarəsi, beynəlxalq əlaqələr, kadrlar, hüquq, ictimai əlaqələr şöbələri, “qaynar xətt” bölməsi və digər aidiyyəti qurumlar fəaliyyət göstərəcək. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların və indiyədək quruma rəhbərlik edən şəxslərin fotolarından ibarət guşələr də yaradılıb.
Qeyd edilib ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənib.


Xəbər xətti