Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Brüssel şəhərində keçirilən Avropa Gənclər Forumu Yeni Üzvlərin Qəbulu Komissiyasının ilk iclasında iştirak edib.
İclas yeni seçilmiş komissiyanı vəzifə və öhtəlikləri ilə daha yaxından tanış etmək, komissiyanın əvvəlki fəaliyyətini yeni komissiyaya ötürmək, təzə komissiyanın işini başa salmaq və detallarla tanış etmək məqsədi ilə keçirilib.
Görüş zamanı, komissiya üzvləri ilə gedən müzakirələr vasitəsilə illik fəaliyyət planı tərtib olunub, yoxlanılacaq məsələlərin bölgüsü aparılıb. Daha sonra, komissiyasının növbəti görüşlərin tarixləri müəyyən olunub.
Qeyd edək ki, 18 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Mlli Şirasının sədr müavini Aysun Zeynalova Avropanın ən böyük platforması olan Avropa Gənclər Forumunun Yeni Üzvlərin Qəbulu Komissiyasının üzvü seçilib. Seçkilər 2017-ci ilin Avropa Gənclər Paytaxtı Bolqarıstanın Varna şəhərində Forumun Baş Assambleyasında keçirilib. Milli Şuranın sədr müavinin vəzifəsi foruma yeni üzvlərin qəbulu prosesinin həyata keçirilməsi və onların üzvlük kriteriyalarına uyğunluğunun yoxlanılmasıdır.
Xatırladaq ki, Azərbaycanın vahid gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumu tam hüquqlu üzvü seçilib.