Müxtəlif səbəblərdən Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin sərəncamında olan strateji təyinatlı 7 sualltı qayıqda texniki nasazlıq aşkar edilib. Ucnoqta.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə nazirliyi hələlik bu barədə ölkənin Baş nazirinə məlumat verməyə tələsmir. Məsələyə diqqəti cəlb edən "The Sun" nəşri isə müdafiə nazirliyindəki mənbəyə istinadən yazır ki, hər biri 1,2 milyon funt sterlinqə başa gələn "Astute" tipli 3 müasir sualtı qayıq daim texniki problemlərlə üzləşir. Nisbətən köhnə hesab edilən "Trafalqar" tipli digər 4 sualtı qayıq isə "can vermək" üzrədirlər. "The Sun" yazır: "Hazırda sıradan çıxan 5 sualtı qayıqda texniki nasazlığı aradan qaldırmaq üçün işlər aparılır. Qibraltar yaxınlığında tankerlə toqquşan müasir "Ambush" sualtı qayğı isə təmirdədir. Yalnız bir sualtı qayıq nisbətən yararlı hesab edilir. Lakin o hazırda sınaqdan çıxarıldığı üçün yalnız bir neçə həftədən sonra istifadəyə hazır olacaq. Beləliklə Böyük Britaniya hərbi-dəniz qüvvələrinin sərəncamında istifadəyə hazır yeganə sualtı qayıq nüvə başlıqlı raket daşıyan "Vanguard"dır. Bu qayıqla isə Rusiya sualtı qayıqlarından gələn təhlükəni aradan qaldırmaq mümkün deyil".