Suriya prezidenti Bəşər Əsəd bütün hərbi əsirlərin və girov götürülən dinc sakinlərin azad olunacağına söz verib. "Report" SANA-ya istinadən xəbər verir ki, o bunu terrorçulardan azad edilən onlarla qadın və uşaq əsirlə görüşü zamanı bildirib. Görüşdə prezidentin həyat yoldaşı Əsma Əsəd də iştirak edib və hökumətin əsirlikdən azad olunan qadın və uşaqların lazımi bərpa prosesini keçmələrinə kömək rdəcəyini deyib. "Biz sizə mümkün qədər tez bir zamanda əvvəlki həyat tərzinizə qayıtmağı və evlərinizdə ailələrinizə qovuşmağı arzu edirik", - deyə o əlavə edib.