ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federiko Moqerini ilə ilk görüşünü keçirib. Bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilir. Protokol çəkilişləri zamanı Moqerini "ABŞ və Avropa İttifaqı münasibətlərində nəsə dəyişəcəkmi?" sualına "Biz birlikdə əla işləməyi davam etdirəcəyik", - deyə cavab verib. Görüş bağlı qapılar arxasında keçirilib. Ardınca Moqerini öz "Twitter" səhifəsində görüş haqqında bunları yazıb: "Görüş yaxşı keçdi. Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə ABŞ-Aİ əməkdaşlığını davam etdirəcəyik".