Məcburi köçkünlərin üzləşdiyi təbii qaz problemi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi. Ucnoqta.az onunla unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edir:
- Salam Əkbər müəllim.
- Salam.
- Unikal.org saytından narahat edirik.
- Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...
- Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? Planda varmı?
- Məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik.
- Qazı “Qaçqınkom” çəkməlidir?
- Bəli, sifarişçi onlardır.
Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.