ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb

11:04 - 9 Fevral 2017 - HADİSƏ

ABŞ-ın Luiziana ştatında baş verən fırtına nəticəsində zərər çəkənlərin sayı təqribən 40 nəfərə çatıb. "Report" "Fox News"a istinadən xəbər verir ki, 80-dən çox insan gecəni sığınacaqlarda keçirib. Qubernator Con Bel Edvards ştatda fövqəladə vəziyyət elan edib və vətəndaşları ayıq-sayıq olmağa çağırıb. "Bu, çox təhlükəlidir. Elektrik naqilləri qırılıb, telefon və işıq dirəkləri yollara aşıb. Hər yerdə metal qırıntıları var, biz isə yolları boş saxlamalıyıq", - deyə qubernator bildirib.

Xəbər xətti