“Excelsior Hotel & Spa Baku” otelində xüsusi əyləncəli proqram keçiriləcək

13:24 - 8 Fevral 2017 - Cəmiyyət

 14 fevral 2017-cı il tarixində “Excelsior Hotel & Spa  Baku” otelinin “Belveder” restoranında sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək. Proqrama şərab və şampan daxil olmaqla, canlı orkestrin ifasında gözəl sevgi mahnıları ilə müşayiət olunan 4 çeşiddə şam yeməyi daxildir.   Xüsusi proqramda bir nəfər ücün iştirak  qiyməti 59 AZN təşkil edir. “Excelsior Hotel Baku” otelinə 012 496 80 00/050 235 35 08  telefon nömrəsinə zəng vuraraq  rezerv  etmək mümkündür.

“Excelsior Hotel & Spa Baku” Ata Holding Şirkətlər Qrupuna daxildir  və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.  “Excelsior Hotel Baku” mehmanxanası  1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas  otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.


Xəbər xətti