Rumıniyada hökumət tərəfdarları prezidentin istefasını tələb edirlər

11:17 - 8 Fevral 2017 - Xəbər

Rumıniyanın paytaxtı Buxarest şəhərində hökumət tərəfdarları prezident Klaus İohannisin istefasını tələb edirlər. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, artıq 3-cü gündür ki, etirazçılar prezident iqamətgahı – Kotroçen Sarayı qarşısında etiraz aksiyası keçirirlər. Mitinqə toplaşan 2500-dən çox etirazçı dövlət başçısını istefaya çağıran, hökuməti isə dəstəkləyən şüarlar səsləndirirlər. Onlar prezident K.İohannisi xalqı iki hissəyə bölməkdə günahlandırılar. Bununla yanaşı, etirazçılar prezidentdən yanvarın 22-də Universitet meydanından hökumət əleyhinə keçirilən marşda mitinqçilərlə görüşdüyü kimi onlarla da görüşməsini tələb edirlər. Aksiya iştirakçıları 11 dekabr 2016-cı ildə keçirilmiş parlament seçkilərinə hörmətlə yanaşacaqlarını, həmçinin qanuni hökumətə sona qədər dəstək verəcəklərini bildirirlər.

Xəbər xətti