"Ermənistan demokratiyanın bütün sahələrində nüfuzdan düşməsini hiss etmir. Demokratik geriləmə ölkəni uçuruma aparır. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tevan Poqasyan deyib. Deputat deyib: “Unutmuşuq ki, demokratiya bizə nə üçün lazımdır. Bizim siyasi liderlərimiz bu sözdən qaçmağa başlayıblar”. “Amma, əgər bunu unutsaq, bizi bağışlamayacaqlar” deyə - Poqasyan vurğulayıb.