Xarici jurnalistlər Cocuq Mərcanlıda olub

14:47 - 7 Fevral 2017 - Xəbər

Fevralın 7-də Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, səfərdə Reuters, Associated Press, Anadolu və İhlas agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, Eurasianet, Ria-Novosti, Sputnik, İnterfaks Azərbaycan, Efe və digər media nümayəndələri iştirak edir.  

Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin, KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar. 

KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.   

Xəbər xətti