Məşhur italiyalı referi Nikola Ritsoli 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında hakimlik etməyəcək. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu barədə referi İtaliya Hakimlər Assosiasiyasına ünvanladığı məktubunda bildirib. "Hər şeyin əvvəli və sonu var, gənclərə şans vermək ədalətli olardı", - deyə o yazıb. Qeyd edək ki, Nikola Ritsoli son 5 ildə İtaliyanın ən yaxşı hakimi seçilib, 2012-2013 mövsümündə Çempionlar Liqası və 2014-cü il dünya çempionatının final matçlarını idarə edib. FİFA 2014 və 2015-ci illərdə Ritsolini dünyanın ən yaxşı hakimi adlandırıb.