Fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri başa çatıb. Dövlət başçısı səfərin son günü Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.