Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçının stadionu müəyyənləşib. AFFA-nın saytında verilmiş məlumata görə, qarşılaşma iyunun 10-da "Bakcell Arena"da oynanılacaq. Görüş saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi bu il ilk rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyaya qarşı keçirəcək.