Ötən ay BTC kəməri ilə 2,5 mln. tona yaxın Azərbaycan nefti nəql olunub

12:57 - 6 Fevral 2017 - İQTİSADİYYAT

 2017-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 412 min 263 ton Azərbaycan nefti nəql olunub. SOCAR-dan verilən xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-ə qədər BTC-yə 323 mln. 950 min 325 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.

Xəbər xətti