Şəhid Çingiz Qurbanovun yas mərasimi Qusarın mərkəzində keçiriləcək

12:22 - 6 Fevral 2017 - Xəbər

 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra dəfn edilmək üçün Qusar rayonuna yola salınıb. "Report"un məlumatına görə, şəhid rayondakı Şəhidlər Xiyabanında dəfn ediləcək. Şəhid Ç.Qurbanovun yas mərasimi rayon mərkəzində keçiriləcək.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Xəbər xətti