Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıq geri qaytarıldı

11:02 - 6 Fevral 2017 - Xəbər

Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Yük "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib. Ekspertlərin rəyinə görə, fındıq ləpəsində karantin obyekti olan küsküotu aşkar olunub. Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.

Xəbər xətti