“Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: "Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir".