Terrorçular Dəməşq əyalətində qaz kəmərini partladıblar. "Report" xəbər verir ki, bu barədə Elektrik Enerjisi Nazirliyindəki mənbəyə istinadən Suriyanın SANA agentliyi məlumat yayıb. "Ən-Naseriyyə" elektrik stansiyasını təchiz edən qaz kəmərinin partlayışı Cerud rayonu ərazisində baş verib. Elektrik stansiyası sıradan çıxıb.