Şəkidə “Mercedes” “Ford”la toqquşub: 1 ölü, 1 yaralı

11:08 - 5 Fevral 2017 - HADİSƏ

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın lent.az-a istinadən xəbərinə görə, Şəki-Oğuz yolunun Küngüt kəndindən keçən hissəsində 1978-ci il təvəllüdlü Qarayev Şövkət Bəhərçin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Bəhlul Rüstəmovun sürdüyü “Ford” markalı kiçiktutumlu yük maşını toqquşub. Nəticədə Ş.Qarayev aldığı xəsarətlərdən vəfat edib, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzaya yolun buzlu olması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti