Masallı rayonunda evə silahlı basqın etmiş şəxslər Bakıda yaxalanıb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı RPŞ və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Masallı rayonunun Mahmudavar kəndində yaşayan Nazim Məmmədovun evinə girib onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparmaqda şübhəli bilinən həmyerliləri Əli Quliyev, əvvəllər məhkum olunmuşlar - Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulublar, daha 1 nəfər isə müəyyən edilib.