Bakıda intihara cəhd olub. Hadisə Binəqədi rayonu Binəqədi qəsəbənin 2-ci mədən küçəsi, korpus 74-də baş verib. Belə ki, 1995-ci il təvəllüdlü R.X. ad-soyadlı qadın yaşadığı evin tavanından özünü asmağa cəhd edib. Lakin intiharın qarşısı alınıb.
O, Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğuna görə dindirilməsi mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.report