ABŞ müdafiə naziri Ceyms Mettis İranı terrorizmi maliyyələşdirən əsas sponsorlardan biri adlandırıb. Trend-in məlumatına görə, amerikalı nazir bu bəyanatla Tokioda yaponiyalı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edib.
O deyib: "İrana gəlincə, bu dövlət dünyada terrorizmi maliyyələşdirən əsas sponsorlardan biridir. Biz bunu İrana çatdırmalıyıq."