Türkiyədə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Düzcedə, Gümüşova rayonunda, yerli vaxtla saat 02:35-də qeydə alınıb. Yıldıztəpə kəndi yaxınlığında baş vermiş zəlzələ 3,4 bal gücündə olub. İlkin məlumatlara görə, dağıntı və tələfat baş verməyib.