Argentina və Çili sərhədləri yaxınlığında zəlzələ baş verib. "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ 5,4 bal gücündə olub. Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Çilinin paytaxtı Santyaqo şəhərindən 94 kilometr şimal-şərqdə qeydə alınıb. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.