Türkiyə mətbuatı Azərbaycan yol polisindən yazdı
18:34 - 2 Fevral 2017 - Xəbər
Türkiyə mətbuatı Azərbaycan yol polisindən yazıb. Ucnoqta.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, son günlər yağan qar səbəbindən yollar buz bağlayıb. Bu səbəbdən avtomobillərin əksəriyyəti yollarda qalıb. Azərbaycan yol polisləri isə yolda qalmış sürücülərə müxtəlif üsullarla kömək edib. Onların bu köməyi isə sakinlər tərəfindən kamera ilə çəkilərək sosial şəbəkədə paylaşılıb. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb və çoxsaylı izləyicilər tərəfindən bəyənilib.