Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə saat 12 radələrində Ucar şəhərinin mərkəzi küçəsində qeydə alınıb. Məhəmməd İnqilab oğlu Əzizovun idarə etdiyi "VAZ-2106" markalı maşın Mirisa Bayram oğlu Əhmədovun yol kənarında saxladığı "VAZ-2107" markalı avtomobilinə çırpılıb. Nəticədə 2 avtomobilin arasında qalan "VAZ-2107"-nin sürücüsü M. Əhmədov müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, hadisəni törədən M.Əzizov Ucar Mərkəzi Rayon Xəstəxanasının mühafizə xidmətinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.