Güclü yağış təyyarəni yolundan etdi

14:55 - 2 Fevral 2017 - HADİSƏ

İndoneziyanın Cokyakarta şəhərində sərnişin təyyarəsi hava limanında uçuş-eniş zolağından kənara çıxıb. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, buna səbəb güclü yağışən yağması olub. İdarəetməni itirən “Boeing 737-800” təyyarəsində 130 sərnişin və heyət üzvü olub. Verilən məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzadan sonra hava limanı müvəqqəti bağlanıb. Həmin hava limanına gələn təyyarələr yaxınlıqdakı aeroportlara yönləndirilib.

Xəbər xətti