Latviya prezidenti Raymonds Veyonis mart ayında Azərbaycana səfər edəcək. Latviya prezidentinin ofisindən "Report"a verilən məlumata görə, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək. Səfər zamanı R.Veyonis həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.