İçərisində 19 ton tərəvəz olan yük maşını yandı - FOTO

12:03 - 2 Fevral 2017 - HADİSƏ

Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton tərəvəz məhsulları olan yük maşını yanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisində baş verib.

Belə ki, Rusiyanın Dağıstan Respublikasının  vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Reno - TIR" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Yanğın qısa zamanda bütün maşını bürüyüb. İçərisində 19 ton xiyar tərəvəzi yüklənmiş yük maşını yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin, məhsulun böyük bir qismi zay olub. Avtomaşına və məhsulun sahibinə külli miqdarda ziyan dəyib.

Yanğının baş vermə səbəbi ekspertizanın araşdırmasından sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti