Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 3,2 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 05:35-də baş verən zəlzələ hiss olunmayıb.