Keniya Cənubi Sudana qoşun göndərməyə razılıq verib

11:38 - 2 Fevral 2017 - Xəbər

Keniya hökuməti Cənubi Sudanda dinc sakinləri daxili münaqişənin nəticələrindən qorumaq üçün regional qüvvələrin tərkibində bu ölkəyə qoşun göndərməyə razılıq verib. "Report" xəbər verir ki, bu barədə 30-31 yanvar tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbabada keçirilən Afrika İttifaqı sammitindən qayıdan BMT-nin baş katibi Antoniu Quterriş məlumat verib. Keniya hökuməti generalının sözügedən Afrika ölkəsindəki "mavi dəbilqəlilər"in komandanı vəzifəsindən azad olunmasına cavab olaraq ötən ilin noyabrında BMT-nin Cənubi Sudandakı Missiyasının tərkibindən çıxmışdı.

Xəbər xətti