ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) İdarəçilər Şurası faiz dərəcəsini 0,5– 0,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin rəhbərlik səviyyəsində keçirilən iclasın yekunu üzrə yaydığı məlumatda bildirilir. FRS faiz dərəcəsini sonuncu dəfə 14 dekabr 2016-cı ildə qaldırıb.