Azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb- Rusiyada

15:01 - 1 Fevral 2017 - HADİSƏ

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb. Ucnoqta.az "report"a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər xətti