Gömrükçülər 8 min ədəd siqaretin qaçaqmalçılıqla ölkəyə gətirilməsinin qarşısını alıb

14:57 - 1 Fevral 2017 - Xəbər

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.
DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin məlumat əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti