“Qarabağ”dan sərt cavab – “Biz cılız deyilik ki, ...”
“Qarabağ”ın baş meneceri Asif Əsgərov son günlər klubla bağlı media və sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət bildirib. Özünün Feysbuk statusunda A.Əsgərov konkret ad çəkməsə də, Ağdam klubunu ittiham edənləri cılızlıqla günahlandırıb.
A.Əsgərov statusunda yazıb:
“Bir az öncə PSJ-“Monako” oyununun videoyazısına baxdım. Son dəqiqədə “Monako”nun vurduğu qol anında istəməyərək olsa belə, “qol” deyib qışqırdım..
Niyə? Çünki...
… Bu, həmin “Monako”du ki, onu Azərbaycana gəlməyə məcbur edən komandadır, “Qarabağ”.
Bu həmin “Qarabağ”dır ki, “Monako”nu topla “döyüb”, onu cəmi 1 xal qazanmağa səvinməyə məcbur edib.
Bu, həmin “Qarabağ”dır ki, “Böyük beşlik” ölkələrindən dördünün komandalarını Azərbaycan azarkeşinə canlı izləmək imkanı yaradıb.
Və bu “Qarabağ” məğlubiyyət ruhunu unutduran, azarkeşini stadiona QƏLƏBƏ umidi ilə gətizdirən komandadır. Bu, həmin “Qarabağ”dır ki, oynadığı hər bir ölkədə hamını QARABAĞ və AZƏRBAYCAN sözünü yanaşı səsləndirməyə məcbur edib.
Və... cənab Prezident tərəfindən “…Siz o anda da öz təmkininiz, səbriniz, duruşunuzla Azərbaycan mədəniyyətini bütün dünyaya göstərdiniz!” qiymətini alan komandadır “Qarabağ”...
Biz o qədər cılız deyilik ki...
... Çalışın özünüzün günahlarını bilərəkdən artırmayın.. Günah ovucumuzun içindədi. Ovucunuzu bərk sıxın ki, özümüzü də qoruyaq, ətrafımızı da…”
Qeyd edək ki, son vaxtlar Peşəkar Futbol Liqasının hakimlərin köməyi ilə "Qarabağ"a kömək etməsinə dair ittiham səslənir.