BMT Təhlükəsizlik Şurasının Avropada münaqişələrin həlli üzrə iclasının tarixi müəyyənləşib

11:17 - 1 Fevral 2017 - Xəbər

Fevralın 1-dən Ukrayna bir aylıq müddətə BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsinin icrasına başlayıb.

Ukrayna sədrliyinin əsas tədbirləri Avropada münaqişələrin həlli üzrə yüksək səviyyəli görüş (21 fevral) və infrastrukturun vacib obyektlərinə terror hücumlarının qarşısının alınması üzrə açıq debatlar (13 fevral) olacaq. Hər iki görüş Ukrayna Pavlo Klimkin xarici işlər naziri sədrlik edəcək. Hər iki iclasa Ukrayna xarici işlər naziri Pavel Klimkin sədrlik edəcək. BMT baş katibi Antoniu Quterriş Avropada münaqişələrin həlli üzrə yüksək səviyyəli iclasda şəxsən iştirak etmək niyyətində olduğunu bildirib. İclasda, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun da iştirak edəcəyi gözlənilir.

Xəbər xətti